8 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan və Dünya Bankı danışıqlara başlayır

Fevralın 22-də Azərbaycan hökuməti ilə Dünya Bankının (DB) nümayəndələri arasında Bakı-Şamaxı avtomobil yolunun genişləndirilməsi layihəsinin maliyyələşdirilməsi ilə bağlı danışıqların son mərhələsi başlayacaq. Məlumata görə, danışıqlar üçüncü magistral avtomobil yolu layihəsi (Bakı-Şamaxı avtomobil yolunun genişləndirilməsi) üçün 140 mln. ABŞ dolları dəyərində əlavə maliyyələşmə ilə bağlıdır.

Qeyd edək ki, DB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Larisa Leşçenko jurnalistlərə açıqlamasında Bakı-Şamaxı avtomobil yolunun genişləndirilməsi üçün 140 mln. dollar həcmində kreditin ayrılması ilə bağlı ilkin razılığın əldə edildiyini və martın sonuna qədər vəsaitin Azərbaycana təqdim ediləcəyini deyib.

Report

Son xəbərlər
Digər xəbərlər