6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan və dünya üzrə ən çox bazar payı olan əməliyyat sistemi hansıdır?

Əməliyyat sistemlərinin Azərbaycan və dünya üzrə bazar payı açıqlanıb.

Banker.az “Global Stats” statistika mərkəzinə istinadən xəbər verir ki, ötən ilin dekabr ayında həm ölkəmizdə, həm də qlobal miqyasda ən çox bazar payı “Android” əməliyyat sisteminə məxsusdur. Azərbaycanda 53.1% bazar payı olan “Android” dünya üzrə 41.58% paya sahibdir.

Məlumata əsasən, ölkəmizdə 33.75%, dünyada isə 31.73% payla ikinci sırada Windows gəlir. Daha sonra ölkə üzrə 9.03%-lə , dünya üzrə isə 16.58% iOS əməliyyat sistemi gəlir.

Son xəbərlər
Digər xəbərlər