18 C
Baku
Thursday, May 16, 2024

Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi artırılacaq

Gürcüstan Azərbaycanla ticarət dövriyyəsinin artırılmasına dair əsas məsələlərlə bağlı razılıq əladə edib.

Bunu Azərbaycanda səfərdə olan Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili deyib. O, bildirib ki, nəqliyyat dəhlizinin rəqabət qabiliyyətinin artırılması məqsədi ilə Azərbaycanla bir çox birgə nəqliyyat infrastrukturu layihələri həyata keçiriləcək.

Nazir Gürcüstan və Azərbaycanın dəmir yolları arasında əməkdaşlığın dərinləşdirilməsinin də nəzərdə tutulduğunu vurğulayıb.

“Azərbaycan Dəmir Yolları ilə aramızda daha yaxın əməkdaşlıq olacaq ki, bu da müştərilərə xidməti inkişaf etdirəcək. Artmış karqo dövriyəsi şərtlərində istənilən gecikməsinin istisna edilməsi üçün texniki sahədə də əməkdaşlıq vacibdir”, – deyə nazir bildirib.

Levan Davitaşvili əlavə edib ki, şərqlə qərb arasında yük daşımalarının artırılmasının təmin edilməsi üçün Gürcüstan-Azərbaycan əməkdaşlığının böyük potensialı var.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər