-3 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan və İran neft və qaz yataqlarının işlənilməsinə dair yeni sazişlər imzalayacaq

Yaxın zamanda Azərbaycan və İran arasında Xəzər dənizinin neft və qaz yataqlarının işlənilməsi sahəsində yeni sazişlər imzalanacaq.

Banker.az xəbər verir ki, bunu hazırda İranda səfərdə olan Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev ilə görüşündə İranın neft naziri Cavad Oci bildirib.

Onun sözlərinə görə, bununla bağlı ilkin danışıqlar aparılıb və iki ölkənin ekspert nümayəndə heyətləri danışıqları davam etdirir.

O bildirib ki, tərəflər regionun digər ölkələrindən, o cümlədən Türkmənistandan Azərbaycana qaz mübadiləsində əməkdaşlıq haqqında da razılığa gəliblər.

Ş. Mustafayev isə öz növbəsində bildirib ki, Azərbaycan və İran dost və qonşu dövlətlərdir: “İki ölkənin xalqları arasında tarixi bağlılıq var. O, İran və Azərbaycan arasında bütün sahələrdə, xüsusilə enerji sektorunda uğurlu əməkdaşlığın olduğunu deyib və əlavə edib ki, İran və Azərbaycan arasında neft-qaz sahəsində əməkdaşlıq səmərəli olub. İranın neft naziri ilə görüşdə iki ölkə arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi yolları müzakirə edilib. Biz enerji sektorunda bir sıra yeni layihələri müzakirə etdik və inanıram ki, yeni sənədlər yaxın vaxtlarda imzalanacaq”.

Ş. Mustafayev onu müşayiət edən nümayəndə heyətində bir qrup ekspertin olduğunu deyərək bildirib ki, bu qrup hər iki tərəf arasında danışıqları ətraflı şəkildə davam etdirəcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər