12 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycan və İsveçrənin qarşılıqlı investisiya qoyuluşu açıqlanıb

İndiyə qədər İsveçrə Azərbaycan iqtisadiyyatına 48 milyon ABŞ dolları, Azərbaycan isə İsveçrə iqtisadiyyatına 29 milyon ABŞ dolları investisiya yatırıb.

Bunu Bakıda keçirilən Azərbaycan-İsveçrə biznes forumunda iqtisadiyyat nazirinin müavini Elnur Əliyev bildirib.

“Azərbaycanın iqtisadi potensialı və inkişafı ölkəmizin biznesinə İsveçrəyə sərmayə qoymaq üçün böyük perspektivlər təklif edir. Bu baxımdan “SOCAR” brendi Azərbaycan biznesini İsveçrədə uğurla təmsil edir. Azərbaycan və İsveçrə arasında iqtisadi dövriyyənin artırılması üçün kifayət qədər geniş imkanlar var”, – deyə o qeyd edib.

Nazir müavininin sözlərinə görə, hazırkı mürəkkəb regional geosiyasi mənzərə kontekstində Azərbaycan Avropanın enerji təchizatında həlledici həlqə rolu oynayır.

“Azərbaycan bərpa olunan enerji mənbələrinin bolluğu, eləcə də onların çatdırılması üçün əsas infrastrukturun olması səbəbindən yaxın gələcəkdə etibarlı enerji təchizatçısı kimi daha böyük rol oynamağa hazırlaşır. Azərbaycan və İsveçrənin “Energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” əlaqələrimizin daha da inkişafına imkan verəcək”, – deyə o əlavə edib.

“Azərbaycan da İsveçrə investisiyalarının ölkəmizdə müasir texnologiyalara əsaslanan innovativ sənaye sahələrinə cəlb edilməsində maraqlıdır. “2022-2026-cı illər üçün ortamüddətli sosial-iqtisadi inkişaf strategiyası “yaşıl inkişaf”, “rəqəmsal iqtisadiyyat” və “innovativ inkişaf” da daxil olmaqla bir sıra elementlərə güclü diqqət yetirir”, – deyə E.Əliyev vurğulayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər