25 C
Baku
Sunday, April 28, 2024

Azərbaycan və Niderland şirkətləri Xəzərdə dibdərinləşdirən gəmilər istehsal edəcək

Qaradağ Sənaye Parkının rezidenti “Bakı Gəmiqayırma Zavodu” MMC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və Niderlandın “Damen Shipyards Gorinchem B.V.” şirkəti arasında üçtərəfli əməkdaşlığa dair saziş imzalanıb.

Banker.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov öz tvitterində bildirir.

Sənədin icrası ilə Bakı Gəmiqayırma Zavodunda “Damen” şirkəti ilə birgə dibdərinləşdirən gəmi istehsal olunacaq və bu qurğu Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi nəticəsində limanlarda yaranan maneələrin aradan qalxması üçün əhəmiyyətli olacaq.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər