9 C
Baku
Sunday, November 17, 2024

Azərbaycan və Pakistan yüngül sənaye və əczaçılıq üzrə birgə müəssisələr yaradır

Bu gün Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında (ASK) Azərbaycan-Pakistan İqtisadi Əməkdaşlıq Palatasının prezidenti, eyni zamanda “Grand Thoronton” şirkətinin Azərbaycan ofisinin rəhbəri Xürrəm Bhatti ilə görüş keçirilib.

Bu barədə ASK-ya istinadən xəbər verilir.

Məlumata görə, Konfederasiyanın prezidenti Məmməd Musayev qardaş ölkənin nümayəndə heyəti ilə görüşməkdən məmnun olduğunu ifadə edərək, biznes imkanları, dayanıqlı iqtisadi inkişafa nail olmaq üçün görülən işlər, respublikaya xarici investisiyaların cəlb edilməsinə yaradılan münbit şərait, eyni zamanda rəhbərlik etdiyi qurumun strukturu və üzv tərkibi haqqında qonaqlara ətraflı məlumat verib.

X.Bhatti isə çıxışında Pakistan və Azərbaycan arasında gələcək əməkdaşlığa hər iki ölkə prezidentinin xüsusi diqqət ayırdığını nəzərə çatdırıb. “Azərbaycan və Pakistan arasında ticarət dövriyyəsinin dəyəri ötən il cəmi 13,3 milyon ABŞ dolları olub və bu rəqəm ölkələrimiz arasında sıx əməkdaşlığın bugünkü səviyyəsinə uyğun deyil”, – deyə o qeyd edib.

X.Bhatti Azərbaycanın yerləşdiyi coğrafi mövqe və iqtisadi potensiala uyğun olaraq, Pakistanın qonşu ölkələrə çıxışı üçün regional mərkəz rolunu oynaya biləcəyini qeyd edib. Onun sözlərinə görə, iri müəssisələrlə əməkdaşlıq etməklə Azərbaycandan Pakistana kənd təsərrüfatı məhsulları ixrac etmək, Azərbaycanda yüngül sənaye və əczaçılıq sahələrində birgə müəssisələr yaradılması üçün artıq işlərə başlanılıb. Palata rəhbəri 2021-ci ilin sonuna qədər Azərbaycandan Pakistana bir, Pakistandan Azərbaycana isə iki biznes heyətinin səfərinin planlaşdırıldığını söyləyib.

Tərəflər əməkdaşlıq memorandumu imzalamaq barədə razılığa gəliblər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər