8 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan və Rusiya arasında indiyə qədər 200-dən çox sənəd imzalanıb

“Rusiya və Azərbaycan arasında strateji əməkdaşlıq mövcuddur”.

Banker.az Report agentliyinə istinadən xəbər verir ki bunu Bakıda keçirilən Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının iclasında iqtisadyyat nazirinin müavini Niyazi Səfərov deyib.

Onun sözlərinə görə, indiyə qədər iki ölkə arasında müxtəlif sahələri əhatə edən 200-dən çox sənəd imzalanıb.

“Azərbaycan Rusiyanın regionda ən mühüm ticarət tərəfdaşıdır. Rusiyanın Cənubi Qafqaz regionu üzrə ticarət əməliyyatlarının 45%-i Azərbaycanın payına düşür. İki ölkə arasında ticarət əlaqələri gündən-günə inkişaf edir. Rusiya Azərbaycandan qeyri-neft məhsullarının ixracı üzrə I yerdə qərarlaşıb”, – N.Səfərov qeyd edib.

Son xəbərlər
Digər xəbərlər