10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan və Rusiya Baş nazirləri arasında görüş olub

Azərbaycanın Baş naziri Əli Əsədov bu gün Rusiyaya işgüzar səfəri çərçivəsində Moskvada Rusiya Hökumətinin sədri Mixail Mişustinlə görüşüb.

Görüşdə Azərbaycan-Rusiya dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib.

Moskvada keçirilən 2-ci Xəzər İqtisadi Forumunun əhəmiyyəti vurğulanıb.

Həmçinin ikitərəfli gündəliyin bir sıra praktiki məsələləri, o cümlədən iqtisadi-ticari, nəqliyyat, energetika və humanitar sahələrə aid məsələlər nəzərdən keçirilib.

M. Mişustin ölkəsinin Azərbaycanla dostluq münasibətlərini yüksək qiymətləndirdiyini söyləyib. O, xalqlarımızı çox illik tarixi əlaqələrin bağladığını qeyd edib. Bu ilin fevral ayında iki ölkə arasında Moskvada müttəfiqlik haqqında Bəyannamənin imzalanmasını ölkələrimiz arasındakı münasibətlərin daha yüksək səviyyəyə çıxardığını vurğulayan Rusiya hökumətinin sədri bildirib ki, iki ölkə arasından bütün sahələrdə əməkdaşlıq, ilk növbədə iqtisadi-ticarət sahəsində əməkdaşlıq müsbət nəticələr verir.

Əli Əsədov iki ölkə arasında münasibətlərin dövlət başçıları İlham Əliyev və Vladimir Putininin fəaliyyəti sayəsində yüksək səviyyədə olduğunu söyləyib. Azərbaycan Baş naziri bildirib ki, Rusiya Federasiyası hər zaman Azərbaycan üçün vacib siyasi və iqtisadi tərəfdaş olub və belə qalmaqda davam edir.

Son xəbərlər
Digər xəbərlər