2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan və Rusiya birgə şirkətinə əlavə 14 milyon manat maya qoyulur

Azərbaycan və Rusiya ilə birgə yaradılan “Həyat Farm” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalını artırır.

Banker.az xəbər verir ki, “Həyat Farm” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalının 14,110,000 Azərbaycan manatı dəyərində artırılaraq 14,816,499.78 Azərbaycan manatı təşkil etdiyini elan edir.

“Həyat Farm” MMC 45 faiz pay iştiraklarına malik “Vita-A” özəl şirkəti (Azərbaycan Respublikası) və “R-Farm” (Rusiya Federasiyası) şirkətlər qrupu tərəfindən yaradılan birgə müəssisədir.

2015-ci ilin dekabrında yaradılan bu şirkətə Natalya Badanina Aleksandrovna adlı şəxs rəhbərlik edir. Şirkət Bakı şəhəri Xətai rayonu, Fəzail Bayramov, ev 21 ünvanında fəaliyyət göstərir. Lakin, layihələrini Bakının yaxınlığında Pirallahı sənaye parkında layihə həyata keçirir.

Son xəbərlər
Digər xəbərlər