“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Banker.az ƏƏSMN-ə istinadən xəbər verir ki, sənədi Sahil Babayev və Dərya Yanık imzalayıblar.
Anlaşma Memorandumunun məqsədi əlilliyi olan şəxs və ahılların, uşaq və qadınların, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər, müharibə veteranları və şəhid ailələrinin sosial rifahının təmin olunması üçün layihələr işləyib hazırlamaq, bilik, təcrübə və ən yaxşı tətbiq nümunələrini paylaşmaq, uşaqların qorunması xidmətlərini təkmilləşdirmək, ailələrə, əlilliyi olan şəxslərə, yaşlılara və uşaqlara göstərilən sosial xidmətlərin səmərəliliyini inkişaf etdirmək və artırmaqdan ibarətdir.