-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan və Türkiyə Bakıda ₼35 mln.-luq dərman zavodu tikir

Pirallahı Sənaye Parkında qabaqcıl texnologiyalara əsaslanan, ilkin investisiya dəyəri 35 mln. manat və ilk mərhələdə illik istehsal gücü 35 milyon qutu təşkil edəcək yeni əczaçılıq məhsullarının istehsalı zavodunun tikilməsi ilə bağlı müqavilə imzalandı.

Banker.az bunu iqtisadiyyat naziri Mikayıl Cabbarovun X.com-dakı postuna istinad edir.

Bununla bağlı “Azərbaycan İnvestisiya Şirkəti” ASC və Türkiyənin “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” şirkəti arasında tərəfdaşlıq və birgə iştirak müqaviləsi imzalanıb.

“Qardaş ölkə ilə iqtisadi əlaqələrimizin bütün sahələrdə güclənməsi üçün müştərək təşəbbüslərimiz davamlı olacaq”- deyə, nazir bildirir.

Qeyd edək ki, Pirallahıdakı sənaye parkında hazırda “Diamed Co” şirkət şpris istehsal edir.

Son xəbərlər
Digər xəbərlər