13 C
Baku
Saturday, April 27, 2024

Azərbaycan və Türkiyə birgə texnopark yaradacaq

Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) ilə Türkiyənin Sənaye və Texnologiya Nazirliyi arasında birgə texnoparkın yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb.

Bu barədə RİNN-dən bildirilib.

Məlumata görə, nazir Rəşad Nəbiyev “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində ölkəmizdə səfərdə olan Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankla görüşüb. Görüşdə festivalın keçirilməsinin əhəmiyyəti və hər iki ölkəyə töhfələri barədə fikir mübadiləsi aparılıb. Azərbaycan və Türkiyə arasında kosmik sənaye, müvafiq mütəxəssislərin hazırlanması üçün birgə mərkəzin yaradılması, kadr potensialının artırılması, o cümlədən elektron imzaların qarşılıqlı tanınması istiqamətində müzakirələr aparılıb, daha sonra isə Anlaşma Memorandumuna imza atılıb.

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər