2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan və Türkiyə XİN başçılarının müzakirə etdikləri məsələlər açıqlanıb

Türkiyə Xarici İşlər Nazirliyi Ceyhun Bayramovla Hakan Fidanın müzakirə etdikləri məsələləri açıqlayıb.

Bu barədə Türkiyə XİN “Twitter“də məlumat yayıb.

Qeyd olunub ki, Ankarada keçirilən görüşdə tərəflər ölkələrarası iqtisadi əməkdaşlığı, ticarət dövriyyəsi həcminin 15 milyard dollara çatdırılması hədəfini, enerji sahəsində əməkdaşlığın mühüm tərkib hissəsi olan TANAP layihəsinin imkanlarının genişləndirilməsini müzakirə ediblər.

Nazirlər həmçinin, yeni geosiyasi proseslər fonunda Türk Dövlətləri Təşkilatının (TDT) rolu, Cənubi Qafqazda baş verən son hadisələr barədə fikir mübadiləsi aparıblar.

“Güclü Türkiyə güclü Azərbaycandır! Güclü Azərbaycan güclü Türkiyədir!”, – deyə Nazirlik qeyd edib.

Son xəbərlər
Digər xəbərlər