16 C
Baku
Friday, April 19, 2024

Azərbaycan və Türkiyənin KOB-ları üçün mühüm addım – Platforma yaradılır

Türkiyə və Azərbaycan prezidentlərinin Bakı görüşü və “15 milyard dollarlıq ticarət əməkşalığı” sonrası iki ölkənin KOS-larını təmsil edən dəyirmi masa keçirildi. Bu masa 27 fevral 2020-ci ildə “Ziraat Bank Azərbaycan” ASC-nin baş ofisində təşkil edilib.

Dəyirmi masa, Türkiyə Səfirliyi, KOBİA və Türkiyədə bunun bənzər orqanı olan KOSGEB, TUİB, ATİB, MÜSAİB, bank rəhbərləri, kiçik və orta biznes sahibləri və rəhbərləri və eləcə də media mənsublarından təşkil edilib.

Məqsəd Azərbaycanın və Türkiyənin kiçik və orta biznes sahibləri arasında əlaqələrin daha da sıxlaşdırılması və buna dair yeni platformanın qurulması hədəflənib.

“Bu platforma artıq ərsəyə gəlmək üzrə”, – deyə “Ziraat Bank Azərbaycan” ASC-nin sədri olan Avını Demirci deyib.

Görüşdə həmçinin, KOBİA və KOSGEB tərəfindən qanunvericiliklə və digər mühüm imkanlarla bağlı şirkət və bank rəhbərlərinin maraqlandırdığı suallar cavablandırılıb.

Son xəbərlər
Digər xəbərlər