Henley & Partners şirkətinin yenilənmiş Pasport İndeksində Azərbaycan dünyanın 66 ölkəsinə vizasıs səfər etmək imkanı üzrə 75-ci yerdə qərarlaşıb. Banker.az bildirir ki, İnterfaks agentliyinin bu barədə yazdığı məlumatda deyilir.
“Üç ay ərzində Azərbaycan reytinqdə 72-dən 75-ci yerə enib. Lakin bu digər ölkələrin dəyişikliyi hesabına baş verib. Əvvəlki kimi, azərbaycanlılar vizasız rekord sayda 66 ölkəyə səfər edə bilər. Dominikan Respublikası, Filippin və Tunisin pasportarının da göstəricisi eynidir. 2018-ci ilin əvvəlində Azərbaycan vətəndaşları üçün 63 ölkəyə vizasız səfərlər açılıb”, – Henley & Partners qeyd edir.
Rusiya dünyanın 199 ölkəsinə vizasıs səfər etmək imkanı üzrə Pasport İndeksində 47-ci, Türkiyə -51-ci (111 ölkə), Gürcüstan -50-ci (112 ölkə), Qazaxıstan – 69-cu (76 ölkə) yerdə qərarlaşıb.
2018-ci ilin dördüncü rübü ərzində Pasport İndeksininin məlumatına görə, ən “mobil” Yaponiya pasportudur. Yaponiya vətəndaşları dünyanın 190 ölkəsinə səfər edə bilərlər. Bu, İndeksin mövcud olduğu dövr ərzində ən rekord göstəricidir.