13 C
Baku
Saturday, May 18, 2024

Azərbaycan vətəndaşları kredit tarixçələrini daha rahat əldə edəcəklər

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelecom” MMC-nin yaratdığı SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imza “Azərbaycan Kredit Bürosu” MMC-nin sisteminə inteqrasiya olunub.

Banker.az bu barədə nazirliyə istinadən xəbər verir.

Tərəfdaşlığa əsasən vətəndaşlar AKB-nin yeni B2C (biznesdən müştəriyə) xidməti olan rəqəmsal tarixçə platforması – FINDOC-da qeydiyyatdan keçmək, həmçinin yaradılmış şəxsi kabinetdə müvafiq razılaşma sənədini elektron qaydada imzalamaq üçün SİMA proqram təminatından istifadə imkanı əldə edirlər.

FINDOC-un təqdim etdiyi xidmətlər kredit hesabatına baxış, skor hesabatına baxış, kredit hesabatının PDF formatında əldə edilməsi və kredit hesabatının Büronun rəsmi elektron poçtundan digər e-poçt ünvanına yönləndirilməsidir. Bununla da vətəndaşlar məsafə qət etmədən və zaman itkisinə yol vermədən xidmətlərdən faydalana biləcəklər.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər