2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan vətəndaşlarının Qazaxıstanda vizasız yaşamaq müddəti 90 günə qədər uzadılıb

Azərbaycan vətəndaşlarının Qazaxıstanda vizasız yaşaya bilmək müddəti 90 günə qədər uzadılıb.

“Sputnik Kazakhstan” məlumat yayıb.

Məlumatda deyilir ki, ölkənin miqrasiya qaydalarında olunan dəyişiklərə əsasən, Avrasiya İqtisadi Birliyinə (AİB) daxil olan ölkələrin, o cümlədən Azərbaycan, Tacikistan və Ukrayna vətəndaşları 180 gün ərzində Qazaxıstana vizasız daxil ola və 90 gün ölkədə qala bilərlər.

Yeni qaydalar bu gündən qüvvəyə minir.

Eyni zamanda, həkimlər, mühəndislər, aqronomlar, memarlar, İT mütəxəssisləri və s. peşə sahibləri sadələşdirilmiş qaydada daimi yaşamaq üçün icazə ala bilər.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər