Azərbaycanın valyuta ehtiyatları bu il yanvarın 1-nə 49 581,3 milyon ABŞ dolları təşkil edib.
Bunun 87,4%-i və yaxud 43 323,3 milyon ABŞ dolları Azərbaycan Dövlət Neft Fondunun (ARDNF), 12,6%-i, yaxud 6 258 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Ötən ilin IV rübündə ölkənin valyuta ehtiyatları 1 022,8 milyon ABŞ dolları və yaxud 2,1% artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 798,9 milyon ABŞ dolları və yaxud 1,9%, AMB-nin valyuta ehtiyatlarında isə 223,9 milyon ABŞ dolları və yaxud 3,7% artım olub.
2019-cu ildə isə ölkənin valyuta ehtiyatları 5 440,4 milyon ABŞ dolları və yaxud 12,3% artıb. İl ərzində ARDNF-nin valyuta ehtiyatları 4 808,1 milyon ABŞ dolları və yaxud 12,5%, AMB-nin valyuta ehtiyatları isə 632,3 milyon ABŞ dolları və yaxud 11,2% artım nümayiş etdirib.
ARDNF-nin valyuta ehtiyatları (milyon ABŞ dolları) |
AMB-nin valyuta ehtiyatları (milyon ABŞ dolları) |
Azərbaycanın valyuta ehtiyatları (milyon ABŞ dolları) |
|
01.01.2020 | 43 323,3 | 6 258,0 | 49 581,3 |
01.10.2019 | 42 524,4 | 6 034,1 | 48 558,5 |
01.07.2019 | 42 463,7 | 5 939,4 | 48 403,1 |
01.04.2019 | 40 273,3 | 5 778,6 | 46 051,9 |
01.01.2019 | 38 515,2 | 5 625,7 | 44 140,9 |
©Report