14 C
Baku
Saturday, April 27, 2024

Azərbaycan vasitəsilə regionda kosmik ekosistem qurulacaq

Azərkosmosla “Voyager Space” şirkəti arasında Kosmik Təşəbbüslərə dair Anlaşma Memorandumu imzalanıb. İmzalanma mərasimi Parisdə 73-cü Beynəlxalq Astronavtika Konqresi həftəsi çərçivəsində keçirilib.

Banker.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, sənəd Azərkosmos və “Voyager Space” arasında kosmik infrastruktur, elmi mərkəzlərin qurulması, tədqiqat proqramları, texnologiyanın inkişafı və innovasiyalar istiqamətində əməkdaşlıq imkanlarını genişləndirməyə yol açacaq.

Memoranduma əsasən yerli kosmik ekosistemi inkişaf etdirmək məqsədilə təcrübə və bilik mübadiləsi aparılacaq, ölkədə kosmik sahənin kommersiya və təhsil imkanları diqqət mərkəzində saxlanılacaq.

“Biz kosmik proqramların və texnologiyaların ölkəmizə gətirə biləcəyi imkanları genişləndirmək üçün “Voyager Space”dəki tərəfdaşlarımızla işləyəcəyik. “Voyager Space kimi qlobal partnyorlarla yerli kosmik ekosistemi gücləndirmək əsas missiyalarımızdan biridir”, – deyə Azərkosmos İdarə heyətinin sədri Saməddin Əsədov qeyd edib.

“Voyager Space”in Gəlirlər üzrə baş direktoru Kley Mouri bildirib ki, şirkət inkişaf etməkdə olan kosmik dövlətlərin tədqiqat və elm sahəsinə qoşulması üçün qapılar açır: “Kosmik texnologiya və elm cəmiyyətləri dəyişdirmək gücünə malikdir. Biz Azərbaycan vasitəsilə regionda dayanıqlı kosmik ekosistem qurmağı səbirsizliklə gözləyirik”.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər