8 C
Baku
Friday, December 13, 2024

Azərbaycan xəz məmulatlarının idxalını 5 dəfə azaldıb

2020-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan 351.19 min ABŞ dolları dəyərində təbii və süni xəz, ondan hazırlanan məmulatlar idxal edib.

Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Ötən ilin 10 ayında isə Azərbaycan 1 605.48 min ABŞ dolları dəyərində təbii və süni xəz, ondan hazırlanan məmulatlar idxal edib.

Belə ki, illik müqayisədə Azərbaycana gətirilən təbii və süni xəz, ondan hazırlanan məmulatlar idxalı 5 dəfə azlaıb.

Onu da qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında isə bu göstərici 286.08 min ABŞ dolları idi. Təkcə oktyabr ayında  Azərbaycana 65.11 min ABŞ dolları dəyərində bu məmulatlar gətirilib. Sentyabr ayında isə 55.15 min ABŞ dolları dəyərində təbii və süni xəz, ondan hazırlanan məmulatlar idxal edilib. İllik müqayisədə kəskin azalma olsa da, aylıq müqayisədə artım qeydə alınıb.

Son xəbərlər
Digər xəbərlər