Azərbaycan 2023-cü ilin yanvar-iyun aylarında elektrik enerjisinin xaricə satışından $314.4 milyon valyuta əldə edib.
Bunu Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Bu ilin 6 ayında 2 milyard 826 mln. kilovat-saat həcmində elektrik enerjisi ixrac etməklə, 2022-ci ilin analoji dövrünü 4.5 dəfə üstələmiş olub.
Bununla da elektrik enerjisi ölkə ümumi ixracının 1.75%-ni,qeyri-neft sektoru üzrə isə 17.73%-ni əhatə edir.