1 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan xaricə meyvə-tərəvəz satışını 30%-ə yaxın artırıb

Bu ilin ilk 3 ayında Azərbaycan xaricə $124 mln. 928.05 min dəyərində 97 033.38 ton meyvə-tərəvəz satıb.

Banker.az-ın Dövlət Gömrük Komitəsinin təqdim etdiyi məlumatlara əsasən apardığı hesablamalarına görə, təkcə mart ayı ərzində xaricə satılan meyvənin dəyəri $32 mln. 613.78 min, miqdarı isə 22 307.29 ton olub.

Həmçinin, 2022-ci ilin yanvar-mart aylarında müyvə-tərəvəz ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 28.5%, miqdar ifadəsində isə 7.9% artıb. Belə ki, ötən ilin ilk 3 ayı ərzində Azərbaycan xaricə $97 mln. 231.23 min dəyərində 89 906.74 ton meyvə-tərəvəz satmışdı.

 

Son xəbərlər
Digər xəbərlər