7 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan “xaricə valyuta daşıyan” buğdanın əkin sahəsini genişləndirməkdən imtina edir

Ölkədə 2021-ci ilin məhsulu üçün payızlıq bitkilərin kütləvi səpini başa çatmaq üzrədir və cari il dekabr ayının 24-ü vəziyyətinə 976 730.7 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilmişdir.

Səpin aparılmış sahənin 98.5 faizini və yaxud 962 402.7 hektarını dən üçün payızlıq bitkilər təşkil etmişdir ki, onun da 594 896.6 hektarı buğda, 367 230.1 hektarı arpa, 276 hektarı isə çovdar əkinlərinin payına düşür.

Cari ilin eyni müddəti ilə müqayisədə buğda əkini sahəsi 6.5% azaldılmış, arpa əkini sahələri 0.3% artırılıb.

Banker.az Dövlət Statistika Komitəsi və Kənd Təsərrüfatı Nazirliyinin göstəricilərinə istinadən xəbər verir ki, ötən ildə payızlıq 1 002 745.5 hektarını dən üçün payızlıq bitkilər təşkil etmişdir ki, onun da 636 217 hektarı buğda, 366 178.5 hektarı arpa, 350 hektarı isə çovdar əkinlərinin payına düşür.

Bildirək ki, cari ilin ilk 11 ayı ərzində buğda idxalı Azərbaycandan xaricə 262.5 mln. manat vəsaitinin xaricə axmasına səbəb olub. Bu da idxal olunan məhsulları siyahısında ilk pillədə durması deməkdir. Ölkəmizə buğdanın 99%-i Rusiya Federasiyasından gətrilir. Buğda idxalının həcmi isə 1.23 mln. ton təşkil edib.

Ən çox buğda bitkisi əkən rayonlar bunlardır:
Şəki şəhəri – 36 180.3 hektar (öncəi il: 42747.5),
Cəlilabad – 56 500 hektar (54979.1 ha)
Şamaxı – 30 371.8 hektar (28556.4 ha),
Füzuli – 28 559 hektar (28 778 ha),
İsmayıllı – 22 719 hektar (22 712 ha),
Ağcabədi – 21 612.1 hektar (Öncəki il siyahıda yer almamışdı,
Qobustan – 18 927 hektar (20 696 ha).

Ən çox arpa bitkisi əkən rayonlar:

Şəki şəhəri – 29 922.7 hektar,
Neftçala – 34 470 hektar,
Kürdəmir – 26 760.4 hektar,
Biləsuvar – 19 334 hektar,
Ağsu – 17 326 hektar,
Ağdaş – 13 386 hektar,
Goranboy – 13 365 hektar.

Ötən ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin səpin sahəsi 4.8 faiz, o cümlədən buğdanın səpin sahəsi 7.2 faiz, arpanın səpin sahəsi 0.6 faiz, çovdarın səpin sahəsi 21.1 faiz azalmışdır.

Son xəbərlər
Digər xəbərlər