23 C
Baku
Tuesday, April 23, 2024

Azərbaycan xaricdən ət idxalına çəkdiyi xərci artırıb

2022-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycana 39 milyon 799 min dollar dəyərində 23 min 557 ton ət idxal edilib.

Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ət idxalı dəyər ifadəsilə 5%, miqdar ifadəsilə 6.4% artıb.

2021-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycana 37 milyon 921 min dollar dəyərində 22 min 142 ton ət idxal edilmişdi.

1 ton ətin idxal qiyməti 1713 dollardan 1689 dollara düşüb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər