2023-cü ilin yanvar-fevral aylarında ölkəyə 12 951 ədəd minik avtomobili, 871 ədəd yük avtomobili, 29 ədəd avtobus idxal olunmuşdur.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu ilin 2 ayında Azərbaycana ümumilikdə 1 mln. 726 min dollar məbləğində avtobus idxal edilib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 83% azdır.
Statistik məlumatlara əsasən, hesabat dövründə respublikaya ümumilikdə 29 ədəd avtobus (azalma 66.7%) idxal olunub.