2023-cü ilin yanvar-iyul aylarında ölkəyə 52675 ədəd minik avtomobili, 3794 ədəd yük avtomobili, 80 ədəd avtobus idxal olunub.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Yanvar-iyul ayında Azərbaycana ümumilikdə 5 milyon 409 min dollar məbləğində avtobus idxal edilib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 88.2% azdır.
Statistik məlumatlara əsasən, hesabat dövründə respublikaya ümumilikdə gətirilən avtobuslarda azalma 75.7% olub.