2023-cü ilin 10 ayında Azərbaycan 1 milyard 374 milyon dəyərində 81 206 ədəd avtomobil (nəqliyyat vasitələri) idxal olunub.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, avtomobil idxalı dəyər ifadəsilə 66%, miqdar ifadəsilə 33.6% artıb.
2022-ci ilin 10 ayında Azərbaycan 829 milyon 303 min dollar dəyərində 60 790 ədəd avtomobil idxal edilmişdi.
Ötən ilin 10 ayında Azərbaycana minik avtomobillərinini idxalı 56 092 ədəd ikən, cari ilin 10 ayında 75 058 ədəd təşkil edib.
Bu avtomobillərin 11 769-u (295.531 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 2 425-i (98.300 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.