2020-ci ilin ilk 11 ayında Azərbaycana 35 milyon 432 min ABŞ dolları dəyərində 51 min 715 ton düyü idxal edilib.
“Banker.az”a Dövlət Gömrük Komitəsindən verilən məlumata əsasən, bu il ölkəyə idxal edilən düyünün miqdarı 6 min 974 ton və ya 15.5 % azalıb.
Belə ki, keçən ilin yanvar-noyabr ayları ərzində Azərbaycana 36 milyon 196 min ABŞ dolları dəyərində 44 min 741 ton düyü idxal olunub.