Azərbaycana idxal edilən kərə yağı azalıb.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 1 ton kərə yağının orta statistik dəyəri ötən ilin ilk 3 ayında 5418 dollar ikən, cari ilin ilk 3 ayında 5665 dollar təşkil edib.
2023-cü ilin yanvar-mart aylarında Azərbaycana 25 milyon 591 min dollar dəyərində 4 517 ton kərə yağı idxal edilib. Ötən ilin eyni dövründə 26 milyon 911 min dollar dəyərində 4 967 ton kərə yağı idxal edilmişdi. Belə ki, idxal edilən kərə yağının dəyəri 5%, miqdarı isə 9% azalıb.