Azərbaycan xaricdən yanvarda 71 milyon dollardan çox dərman alıb

Azərbaycana əczaçılıq məhsullarının idxalına daha çox valyuta xərclənib.

Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

2023-cü ilin yanvar ayında Azərbaycana 71 milyon 400 min dollar dəyərində 2 131 ton əczaçılıq məhsulları idxal edilib.

Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin eyni ayında Azərbaycana 46 milyon 794 min dollar dəyərində 2 439 ton əczaçılıq məhsulları idxal edilmişdi.

Beləliklə, əczaçılıq məhsullarının idxalı miqdar ifadəsində 13% azalıb, dəyər ifadəsində isə 53% artıb.

Son xəbərlər
Digər xəbərlər