Bu ilin yanvar-avqust aylarında Azərbaycan 401 milyon 483 min ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib.
Dövlət Gömrük Komitəsinin aylıq hesabatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7% azdır.
8 ay ərzində Azərbaycana 20 232 ton əczaçılıq məhsulları idxal olunub ki, bu da 1 il əvvələ nisbətən 6% çoxdur.
Hesabat dövründə əczaçılıq məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 3.60%-ni təşkil edib.