“Biz xarici borca yalnız texnoloji avadanlıqların alınması, texniki yardımların alınması məqsədilə gedə bilərik”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Maliyyə naziri Samir Şərifov deyib.
“Biz çalışırıq ki, daxili borc bir qədər artsın, xarici borc isə bir qədər azalsın. Ola bilsin ki, borclanmada da müəyyən dəyişikliklər edilsin. Biz düşünülmüş qərarlar qəbul edirik”, – deyə o, qeyd edib.