9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan xarici dövlət borcu üzrə xərcləri 16% artırır

Azərbaycanın dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı 2017-ci il üçün xərclər 1 768 799,7 min manat həcmində nəzərdə tutulub. Mənbə bu barədə 2017-ci ilin dövlət və icmal büdcə layihələrinə istinadən xəbər verir.

Layihəyə əsasən, 2017-ci ildə xarici dövlət borcu üzrə ödənişlər 1 707 636,3 min manat həcmində proqnozlaşdırılıb. Ödənişlərin 369 397,3 min manatı faiz ödənişləri, 1 338 239,008 min manatı əsas borc üzrə ödənişlər olacaq.

Daxili dövlət borcu üzrə isə 61 163.4 min manat ödəniş proqnozlaşdırılıb. O cümlədən 40 158,4 min manatı faiz ödənişləri, 21,0 mln. manatı əsas borc üzrə ödənişlərin payına düşəcək.

Bildirək ki, 2016-cı ildə ilk təsdiqlənmiş büdcədə dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər 1 249 735,2 min manat həcmində proqnozlaşdırılsa da, daha sonra dəqiqləşdirilmiş büdcədə bu göstərici 1 775 097 min manata yüksəldilib. Artım da əsasən xarici borc ilə əlaqədar olub. Belə ki, xarici dövlət borcu üzrə ödənişlərin həcmi dəqiqləşdirilmiş büdcədə 948 670,5 min manatdan 1 474 032,4 min manata çatıdırlıb. 2016-cı ilin dəqiqləşdirilmiş büdcəsində əvvəl təsdiqlənmiş 2016-cı ilin büdcəsi ilə müqayisədə daxili dövlət borcu üzrə ödənişlər isə dəyişməz qalaraq 301 064,6 min manat qeyd olunub.

Beləliklə, 2016-cı ilin təsdiqlənmiş büdcəsi ilə müqayisədə dövlət borcuna və öhdəliklərə xidmət edilməsi ilə bağlı xərclər 0,36% azalıb. O cümlədən, daxili dövlət borcu üzrə ödənişlər 4,9 dəfə azaldılıb, xarici dövlət borcu üzrə ödənişlər isə 15,9% artırılıb.

Qeyd edək ki, 2017-ci il dövlət büdcəsinin gəlirləri 15 955 mln. manat, xərcləri 16 600 mln. manat həcmində proqnozlaşdırılır.

Report

Son xəbərlər
Digər xəbərlər