9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan yanvarda Hindistandan tütünün ən iri idxalçılarından biri olub

Azərbaycan 2023-cü ilin yanvar ayında Hindistandan tütün və onun sənaye əvəzedicilərinin ən iri idxalçılarından biri olub.

Hindistanın Ticarət və Sənaye Nazirliyindən verilən məlumata görə, yanvar ayında Azərbaycana $4.81 milyon dəyərində (artım 16 dəfə) tütün və onun sənaye əvəzediciləri ixrac edilib.

2023-cü ilin yanvar ayında Hindistan $71.77 milyon dəyərində (illik ifadədə 10.5% artım) tütün və onun sənaye əvəzedicilərini ixrac edib.

Yanvarda idxalçıların ilk beşliyində BƏƏ ($11.81 milyon), Belçika ($10.71 milyon), Nigeriya ($8.18 milyon), Azərbaycan ($4.81 milyon) və ABŞ ($4 milyon) yer alıb.

2022-ci ilin aprel ayından 2023-cü ilin yanvar ayınadək (cari maliyyə ilinin 10 ayı) Hindistandan Azərbaycana $25.08 milyon dəyərində (2021-ci ilin aprel ayından 2022-ci ilin yanvar ayınadək olan dövrlə müqayisədə artım 12 dəfə) tütün və onun sənaye əvəzediciləri ixrac edilib.

Nazirlikdən verilən məlumata görə, bu ilin yanvar ayında Hindistandan Azərbaycana $2,29 milyon dəyərində 12 min ədəd smartfon ixrac edilib. 2022-ci ilin aprel ayından 2023-cü ilin yanvar ayınadək sözügedən məhsulun ixrac həcmi $19.68 milyon (114.16 min ədəd) təşkil edib.

2023-cü ilin yanvar ayında Hindistandan Azərbaycana ixracın ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 4.1 dəfə artaraq $10.35 milyon təşkil edib.

Son xəbərlər
Digər xəbərlər