Bu ilin yanvar ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə 152 ölkə arasında öncəki ayla müqayisədə 1 pillə irəliləyərək 66.91 MB/S sürətlə 90-cı yerdə qərarlaşıb.
Banker.az “Speedtest Global Index”ə istinadən xəbər verir ki, sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur, axırıncı yeri isə Kuba tutub.
Azərbaycan mobil internetin sürətinə görə dekabr ayına nisbətən yanvarda 1 pillə irəliləyərək 70.65 MB/S sürətlə 104 ölkə arasında 54-cü olub. Mobil internetin sürətinə görə birinci yeri BƏƏ, sonuncu yeri isə Eritreya tutub.