10 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycan Yaponiyada Ticarət evi açacaq

Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) olub.

Görüşdə iqtisadiyyat nazirinin müşaviri Emil Məcidov Azərbaycan və Yaponiya arasında iqtisadi-ticarət, nəqliyyat-logistika və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial olduğunu vurğulayıb, ölkəmizdə qeyri-neft sektorunun inkişafı, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb, qeyri-neft sektoruna investisiyaların cəlb edilməsi üçün əlavə imkanlar yaradan Ələt İqtisadi Azad Zonası haqqında görüş iştirakçılarını məlumatlandırıb.

AZPROMO-nun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev isə ixracın dəstəklənməsi istiqamətində qurumun gördüyü işlər, “Made in Azerbaijan” brendinin təbliği üçün həyata keçirilən tədbirlər barədə məlumat verib.

Səfir Azərbaycan və Yaponiya iqtisadi tərəfdaşlığının inkişafı istiqamətləri barədə danışıb, Yaponiyada Azərbaycan Ticarət Evinin açılması ilə bağlı fikirlərini bildirib.

Görüşdə Azərbaycan və Yaponiya arasında qarşılıqlı investisiya və ticarətin artırılması məsələləri müzakirə olunub.

Son xəbərlər
Digər xəbərlər