10 C
Baku
Friday, December 13, 2024

Azərbaycan yer adlarının səhv yazılmasına dair “Google”la müzakirələr aparır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti “Google map”də Azərbaycana məxsus yer adlarının düzgün verilməməsi ilə bağlı şirkətlə müzakirələr aparır.

Bunu jurnalistlərə açıqlamasında Xidmətin rəisi Samir Rəsulov bildirib.

“Həqiqətə uyğun olmayan məlumatların silinməsi üçün işlər gedir. “Google Map”da bir neçə nəfər müraciət edərək, bir yeri tag edərək, hər hansı ad verə bilərlər. Bu, platformanın texniki imkanlarıdır. Bu istiqamətdə müzakirələr aparırıq. Xəritədə həqiqətə uyğun olmayan yerlər, təxribat xarakterli məqamlar aşkar etdikdə aidiyyatı üzrə müraciət olunur, silinməsi bildirilir və həmin nöqtələr silinir. Bu imkanlar bütün ölkələr, bütün istifadəçilər üçün eynidir. Vətəndaşlar belə yerlərlə rastlaşırlarsa, bizə müraciət edə bilərlər. Biz lazımı tədbirləri görəcəyik”, – deyə o qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər