10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan yüksək rəqəmsallaşma səviyyəsinə görə birinci pilləyə yüksəlib

Dünya Bankının hazırladığı “GovTech Yetkinliyi İndeksi”nin (GovTech Maturity İndex – GTMI) 2022-ci il üzrə hesabatına əsasən, Azərbaycan 198 ölkəni qiymətləndirən indeksdə yüksək rəqəmsallaşma səviyyəsinə görə birinci pilləyə qalxaraq, yalnız 35% ölkələrin daxil ola bildiyi 69 ölkədən ibarət qrupda yer alıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu Rəqəmsal Ticarət Qovşağının (DTH) rəhbəri İsmət Vaqifzadə bildirir ki, hesabatda, Azərbaycanın hökumət xidmətlərinin göstərilməsində rəqəmsal texnologiya və innovativ həllərdən istifadə etməsi xüsusi vurğulanır. Hökumətin rəqəmsallaşması sahəsinin əsas aspektlərini ölçən “GovTech Yetkinlik İndeksi”nə görə, Azərbaycanı rəqəmsallaşma sahəsində hökumət sistemlərinin təkmilləşdirilməsi, vətəndaşlara təqdim olunan xidmətlər paketinin genişləndirilməsi, vətəndaş iştirakının təmin olunması və rəqəmsal texnologiyalardan istifadənin təşviqi üzrə yüksək qiymətləndirilib.

Bu qrupa həmçinin, Almaniya, Rusiya, Sinqapur, Birləşmiş Krallıq, ABŞ və digər ölkələr də daxil edilib.

image 6487327

Son xəbərlər
Digər xəbərlər