2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan zərərli hücumlara məruz qalan TOP-10 ölkə siyahısına daxil olub

Bu ilin I rübündə Azərbaycan zərərli maliyyə proqram hücumlarına məruz qalan TOP-10 ölkənin siyahısına daxil olub.

Azərbaycan ölkələrin reytinqində 2% göstərici ilə 7-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, bu kateqoriya kiberhücumu üzrə ilk 10 ölkəyə Türkmənistan (4,5%), Əfqanıstan (4%), Tacikistan (3,9%), Yəmən (2,8%), Özbəkistan (2,4%), Çin (2,2%), Azərbaycan (2%), Mavritaniya (2%), Sudan (1,8%) və Suriya (1,8%) daxildir.

Ümumilikdə, bu ilin birinci rübündə “Kaspersky” həlləri tərəfindən 107 848 unikal istifadəçinin kompüterlərində bank hesablarından pul oğurlamaq üçün nəzərdə tutulan bir və ya bir neçə zərərli proqram təminatının işə salınmasının qarşısı alınıb.

 

 

Son xəbərlər
Digər xəbərlər