30 iyun 2021-ci il saat 18.00-da “Bakı Yastıq Zavodu” ASC səhmdarların növbəti illik ümumi yığıncağı cəmiyyətin inzibati binasında keçiriləcəkdir.
Banker.az xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:
1. Təftiş komissiyasının hesabatı.
2. İdarə heyətinin hesabatı.
3. İdarə heyəti üzvlərinin və sədrinin seçilməsi.
4. Digər məsələlər.
Qeyd edək ki, “Bakı Yastıq Zavodu” ASC 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Bu ASC-nin nizamnamə kapitalı 253 922 manatdır və qanuni təmsilçisi İmam Əhmədovdur.