2 C
Baku
Sunday, December 15, 2024

Azərbaycana ən çox ixrac sifarişi edən ölkələr açıqlanıb

2022-ci ilin fevral ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Türkiyə (82,7 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Rusiya Federasiyası ikinci (48 milyon ABŞ dolları) və Gürcüstan üçüncü (13,6 milyon ABŞ dolları) olub.

Banker.az xəbər verir ki, bu barədə “İxrac İcmalı”nın mart sayında bildirilir.

2022-ci ilin fevral ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (28,9 milyon ABŞ dolları) birinci, elektrik enerjisi (16 milyon ABŞ dolları) ikinci və karbamid  (14,7 milyon ABŞ dolları) üçüncü olub.

Son xəbərlər
Digər xəbərlər