2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycana 240,7 mln. ABŞ dolları dəyərində 1,112 mln. tondan çox buğda idxal olunub.
Banker.az bu barədə DGK-nin hesabatına istinadən xəbər verir.
Ötən ilin 9 ayında isə Azərbaycana 151 milyon 427 min dollar dəyərində 829 min 249 ton buğda idxal edilib. Belə ki, ölkəyə idxal olunan buğdanın dəyəri 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 59%, həcmi isə 34,2% artıb.