-1 C
Baku
Sunday, December 15, 2024

“Azərbaycana daha çox Amerika investisiyaların yatırılması təklif edilib”

“Azərbaycan və ABŞ arasında gələcək əməkdaşlığın prioritetləri əsasən ticarət imkanlarının araşdırılması, təhlil edilməsi və ölkələr arasında ticarət dövriyyəsinin artırılmasından ibarətdir”.

Bunu maliyyə naziri Samir Şərifov bu gün Bakıda keçirilən Azərbaycan-ABŞ İqtisadi tərəfdaşlıq komissiyasının 4-cü iclasından sonra jurnalistlərə açıqlamasında bildirib. Məlumatı Report Agentliyi yayır.

Onun sözlərinə görə, həm Azərbaycandan ABŞ-ya ixracın, həm də ABŞ-dan idxalın artırılması, qarşılıqlı investisiya həcmlərinin artırılması əsas əhəmiyyət daşıyır: “Eyni zamanda, yüksək texnologiyaların, nou-hauların bölüşdürülməsi istiqamətində ABŞ tərəfindən maraqlı təkliflər təqdim olunur. Həmçinin, digər istiqamətlərdə də Azərbaycan tərəfinin turizm, logistika, nəqliyyat, tranzit imkanlarından daha geniş istifadə etməyi təklif etmişik. Azərbaycana daha çox Amerika investisiyaların yatırılmasını təklif etmişik”.

Nazir hesab edir ki, bu sahədə ölkələr arasında kifayət qədər yaxşı potensial mövcuddur və ən vacibi isə əvvəlki illərdə yaradılmış münbit investisiyalar üçün çərçivə bundan sonra da ABŞ şirkətlərinin Azərbaycana investisiyalarının davam etdirilməsini şərtləndirəcək.

Bu günə qədər ABŞ Azərbaycana 13,6 mlrd dollar, Azərbaycan isə ABŞ-a 8,2 mlrd dollar investisiya qoyub.

Son xəbərlər
Digər xəbərlər