-1 C
Baku
Sunday, December 15, 2024

Ukraynanın dövlət borcu açıqlandı

Ukraynanın dövlət borcu 31 mart 2024-cü il tarixinə 151,05 milyard dollar olub.

Bu barədə Ukrayna KİV Maliyyə Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, bu Ukraynanın dövlət borcunun ay ərzində 7,36 milyard dollar artdığı anlamına gəlir.

Qeyd edək ki, 2024-cü ilin mart ayında Ukrayna bir müddətlik fasilədən sonra uzunmüddətli kreditlər şəklində ayrılan beynəlxalq yardımlar almağa başlayıb.

Bu kreditlərin 4,901 milyard dolları “Ukraine Facility” maliyyələşdirmə vasitəsi çərçivəsində Aİ tərəfindən, 1,626 milyard dollar Yaponiya və Böyük Britaniyanın təminatı ilə Dünya Bankı tərəfindən, 1,471 milyard dollar Kanada tərəfindən və 881 milyon dollar Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən ayrılıb.

Son xəbərlər
Digər xəbərlər