Cari ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi 10 milyard manat olub ki, bunun da 5 milyard 457.3 milyon manatı bitkiçilik, 4 milyard 539.6 milyon manatı heyvandarlıq məhsullarının istehsalının payına düşüb. Kənd təsərrüfatı məhsulları sırasında fındıqçılıq mühüm yer tutub. İxrac potensialına görə, gərzəkli meyvələrə görə fındıq birinci yerdə qərarlaşıb.
Bunu Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Azad Cəfərli “Fındıq potensialının artırılması: Məhsuldarlıq, keyfiyyət və ixrac həcminin artırılmasına innovativ yanaşmalar” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, ötən il fındıq ixracından ölkəyə 110 milyon 643 min ABŞ dolları dəyərində valyuta daxil olub.
İşğaldan azad olunan ərazilər haqqında danışan A.Cəfərli qeyd edib ki, bu ərazilərdə də aqrar fəaliyyət bərba edilməkdədir: “2021-ci ildə 10 min hektar, 2022-ci ildə 50 min hektar, cari ildə 72 min hektar ərazi əkin dövriyyəsinə qatılıb”.