9 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycana gələn turistlərin sayı artıb

2024-cü ilin ilk 2 ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə, 46.7 faiz artaraq, 341 min nəfər olub. Bu dövrdə də qonşu ölkələr ilk üçlüyü formalaşdırıb: gələnlərin 26,8 faizi Rusiya, 19,9 faizi Türkiyə, 9,8 faizi İranın payına düşüb. Ümumi turistlərin 6,9 faizi Hindistan, 4,8 faizi Gürcüstan, 3,4 faizi Səudiyyə Ərəbistanı vətəndaşları olublar.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, ümumi turistlərin 6,9 faizi Hindistan, 4,8 faizi Gürcüstan, 3,4 faizi Səudiyyə Ərəbistanı vətəndaşları olublar.

“Artımlara gəldikdə, 2023-cü ildə olduğu kimi, yenə də Çindən gələnlər öndədir. Ötən ilin eyni dövrü ilə müqayisədə, Çindən gələnlərin sayı 4,1 dəfə, Səudiyyə Ərəbistanından – 2,8 dəfə, Hindistandan – 2,7 dəfə, Qırğızıstandan – 2,6 dəfə, Bəhreyndən – 2,5 dəfə, Qazaxıstandan – 2,4 dəfə, Tacikistandan – 2,4 dəfə, Filippindən – 2,0 dəfə, Omandan – 1,9 dəfə, İspaniyadan – 1,9 dəfə, Özbəkistandan – 1,9 dəfə, Cənubi Koreyadan – 1,9 dəfə, İordaniyadan – 1,8 dəfə, İtaliyadan – 1,8 dəfə, Türkmənistandan – 1,7 dəfə, Misirdən – 1,7 dəfə, Yəməndən – 1,7 dəfə, Küveytdən – 1,6 dəfə, İrandan – 1,6 dəfə artıb.

Ərəb ölkələrindən gələnlərin sayında yenidən artımlar müşahidə edilməyə başlayıb. Belə ki, bu ilin yanvar-fevral aylarında körfəz dövlətlərindən gələnlərin sayı 1.7 dəfə artıb. Eyni artım Avropa İttifaqından gələnlərin sayında qeydə alınıb. MDB ölkələrindən gələnlərdə artım nisbətən azdır: cəmi 31.4 faiz.

Rəsmi statistika göstərir ki, yenidən körfəz ölkələrindən, xüsusən də Səudiyyə Ərəbistanı və Küveytdən gələnlərin sayında artımlar müşahidə olunmaqdadır. Bütövlükdə, turistlərin sayına Bakıdan uçuşların sayının artması və eləcə də, ekonom reyslərin çoxalması da təsir göstərib. Eyni zamanda, mövsümi olaraq Azərbaycanın turizm imkanlarına marağın artması müşahidə olunmaqdadır”, – deyə o bildirib.

Son xəbərlər
Digər xəbərlər