Türkiyənin qocaman banklarından biri olan Türkiye Cumhuriyeti Ziraat Bankası (Azərbaycanca: Türkiyə Respublikasının Aqrar Bankı) 1863-cü ildə dövlət tərəfindən yaradılmışdır.
19-cu əsrdə məhz bu bank qərb bankçılığının ticarət və maliyyə modellərini Osmanlı imperiyası daxilində tətbiq edən bir neçə bankdan biri olmuşdur. O dövrlərdə əhalisinin çox hissəsini fermer təsərrüfatları ilə məşğul olan Türkiyədə kapital çatışmamazlığı ilə üzləşmişdirlər və dövlət daxilində bu seqment müştərilərlə işləyə biləcək hər hansı bir qurumun olmaması situasiyanı bir qədərdə dərinləşdirirdi. Kəndlilər çıxılmaz vəziyyətdə qalaraq adi banklara üz tutaraq yüksək faizli kreditlər alırdılarki, buda onların iş fəaliyyəticə mənfi təsir göstərirdi. Belə durumda Osmanlı imperiyasının Niş (hazırda Serbiyanın ərazisi) əyalətinin idarəedicisi Midhat Paşa 1867-cı ildə bu çətinliklərlə mübarizə aparmağ qərarına gəlir və ilk olaraq atdığı addım Memleket Sandığı adlandırılan bankda struktur dəyişikliyinə başlayır.
1888-ci ildə Memleket Sandığı-nın adı dəyişdirilərək Ziraat Bankası olur və baş idarə İstanbulda olmaqla fəaliyyətə başlayır.1919-1922-ci illədə baş verən Türk –Yunan müharibəsi bankın siyasətinə ciddi dəyişikliklərlə yadda qalmışdır. Yunan işğalçıları bankın İzmir filiallına hücuma keçərək bankın bir neçə filialı üzərində nəzarəti əla keçirlər. Eyni zamanda, Böyük Türk milli assembleyası Ankara filialı ətrafında bankın bütün vəsaitlərini toplaya bilir. 1922-ci ilin Sentyabrında , İzmir azad edildikdən sonra bankın oradakı filialı, Oktyabrda isə İstanbul filialı yenidən Ankara ofisinə birləşdirilir. 1923-cü ildə Türkiyə Müstəqillik müharibəsindən sonra bank birləşmə prosesini tam yekunlaşdırır.
Ziraat Bankı bir çox ölkələrdə bank və ya müxtəlif banklarda paya malikdir. 1993-cü ildə Ziraat Bank Moskva, Kazakhstan Ziraat Beynəlxalq bankı (KZİ Bank) , Türkmən Türkiyə kommersiya bankı ( TTC Bank) və Özbəkistan Türkiya Bankı (UT Bank) əsası qoyulur və həmən tarixdən fəaliyyətə başlamışdırlar. 2001-ci ildə Emlak Bankı tam olaraq Ziraat Bankına birləşdirilir.
Ziraat Bankının Azərbaycanda fəaliyyət göstərən AzərTürk Bankdada təxminən 50% paya malikdir (Türkiyə Respublikası Ziraat Bank (46,00 %) və Ziraat Bank Beynəlxalq Almaniya (4.00%).
Gəzən söhbətlərə görə,Ziraat bankı Azərbaycan Bazarında daha əsaslı işləməsində maraqlıdır. Bu proses çox gümanki növbəti ildə ya məcmu kapital normasını yerinə yetirə bilməyən bankların birinin lisenziyasının məhz Ziraat banka verilməsi və ya türk bankına yeni bank lisenziyasının verilməsi ilə nəticələnəcəyi proqnozlaşdırılır.