2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycana gətirilən avtomobillər barədə məlumatlar DYP-nin informasiya sisteminə daxil ediləcək

Gömrük rəsmiləşdirilməsindən keçərək ölkəyə gətirilmiş nəqliyyat vasitələri barədə məlumatlar Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə daxil ediləcək.

Banker.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən “Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) mərkəzi informasiya sistemi haqqında Əsasnamə”də əksini tapıb.

Nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqavilənin, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnamənin təsdiq edilməsi barədə məlumat, habelə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin VI-I hissəsinə uyğun olaraq fiziki şəxslərin qeydiyyatda olduğu və yaşadığı ünvan, mobil telefon nömrəsi və olduğu halda elektron ünvanı, həmçinin sürücülük vəsiqəsinin nömrəsi, hüquqi şəxslərin (dövlət qurumlarının) isə nəqliyyat vasitəsinin idarə olunmasını həvalə etdiyi şəxs barədə müvafiq məlumatlar da sistemə daxil ediləcək

Son xəbərlər
Digər xəbərlər