12 C
Baku
Thursday, March 28, 2024

Azərbaycana gətirilən balıq ununa gömrük rüsumu müəyyənləşib

Azərbaycana idxal olunan balıqdan, xərçəngkimilərdən, molyusklardan və digər su onurğasızlarından qida üçün yararlı olan narın və qaba üyüdülmüş un və qranullar üçün gömrük rüsumu müəyyənləşib.

Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Balıqdan qida üçün yararlı olan narın və qaba üyüdülmüş un və qranullar üçün 15 faiz, xərçəngkimilərdən, molyusklardan və digər su onurğasızlarından qida üçün yararlı olan narın və qaba üyüdülmüş un və qranullar üçün 5 faiz idxal gömrük rüsumu müəyyənləşib.

Bu Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.

Son xəbərlər
Digər xəbərlər